Renessans Palace öz sakinlərini "Mənim evim,mənim Vətənimdir" adlı nəhəng tətdbirə dəvət edir

02.09.2019
Yasamalda yerləşən ölkənin ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da 20 sentyabr tarixində “Mənim evim ... mənim Vətənimdir” adlı böyük tədbir keçiriləcək. Kompleksin geniş həyətində baş tutacaq tədbirdə bir sıra məşhur ifaçılar, musiqiçilər, aktyorlar çıxış edəcək. Əzəmətli tədbir yalnız mənzil sahibləri və xüsusi qonaqlar üçün nəzərdə tutulub.

Tədbir eyni zamanda binaların yaşayışa təhvil verilməsini elan etmək məqsədilə təşkil olunur. Həmin tarixdən etibarən artıq sakinlər mənzillərinə köçə biləcəklər.

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq –  3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb. 

Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. 

Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır. 

“Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir. Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.