Qazaxıstana 10–15 avqust 2026-cı il tarixlərində baş tutan işgüzar səfər çərçivəsində "AS Group"-un nümayəndə heyəti ölkənin aparıcı developer şirkətlərindən biri olan "Bİ Group"-un "Buildex" təlim mərkəzində təşkil olunan intensiv tədris proqramına qatılıb.
Təlim çərçivəsində "AS Group"-un nümayəndələri müasir tikinti-təmir texnologiyaları, avadanlıqlardan istifadə qaydaları və sahə üzrə qabaqcıl təcrübələrlə tanış olub, təcrübəli təlimçilərin rəhbərliyi altında praktiki məşğələlərdə iştirak ediblər. Proqram nəzəri biliklərin praktiki tapşırıqlarla birləşdirilməsi prinsipi əsasında qurulub və iştirakçılara real iş şəraitinə uyğun bacarıqlar qazandırmağı hədəfləyir.
Səfər çərçivəsində həmçinin komanda ruhunun və işgüzar münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş "teambuilding" tədbirləri təşkil olunub. Təlimdə iştirak edən heyət bu formatda təşkil olunan proqrama cəlb olunan ilk qrupdur; digər əməkdaşlar üçün də ardıcıl qruplar halında analoji təlimlər keçiriləcək.
1995-ci ildən Qazaxıstanda fəaliyyət göstərən "Bİ Group" Mərkəzi Asiyanın ən böyük investisiya-tikinti holdinqidir. Şirkət Qazaxıstandan əlavə Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan, BƏƏ və ABŞ-da da layihələr həyata keçirir. "Buildex" isə holdinqin nəzdində fəaliyyət göstərən, təmir-tikinti sahəsində nəzəri biliklərin real obyekt təcrübəsi ilə birləşdirildiyi ixtisaslaşmış təlim mərkəzidir.
Bu cür beynəlxalq əməkdaşlıq təşəbbüsləri "AS Group"-un insan kapitalının inkişafı və beynəlxalq təcrübənin yerli layihələrə tətbiqi istiqamətindəki strategiyasının mühüm hissəsidir.




-sm.jpg)
-sm.jpg)