Dövlət və özəl sektorda müxtəlif təyinatlı layihələri uğurla icra edən “AS Group Investment” MMC-nin əsası 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin yaradılması ilə qoyulur. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşir.

Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan “AS Group Investment” MMC-nin qısa zamanda uğur qazanmasının əsas sirri güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi layihələri konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi öz törəmə şirkətlərinin dəstəyi ilə həyata keçirir.
İlk əmtəə betonunun istehsalı.
İlk inşaat layihəsinin icrası. “Beton Plast”, “AS Saf Beton” və “AS Xəzər Beton” şirkətlərinin qurulması və əmtəə betonu və beton üçün kimyəvi əlavələrin istehsalı və satışı.
“AS Group Investment” şirkətlər qrupunun fəaliyyətə başlaması. “Besix Group” şirkəti ilə beynəlxalq əməkdaşlığın əsasının qoyulması. Dünya Bankının maliyyə dəstəyilə beynəlxalq layihənin həyata keçirilməsi.
İlk beynəlxalq investisiya və inşaat layihəsi – Gürcüstan, Tbilisi “Dirsi Yaşayış Kompleksi.
Kənd təsərrüfatı sahəsi üzrə yeni biznes istiqamətinin fəaliyyətə başlanması – “AS Agro Co” MMC.
Yeni biznes istiqamətinin fəaliyyətə başlanması – “Fresh Logistics” MMC – beynəlxalq yük daşımaları şirkətinin təsis edilməsi.