Azərbaycan Respublikası Gömrük Komitəsinin sifarişi ilə Xaçmaz rayonunda “Samur” sərhəd gömrük keçid məntəqəsinin inşası “AS İnşaat” şirkəti tərəfindən həyata keçirilmişdir. Layihənin tərkib hissəsinə 3 mərtəbəli bina, 2 örtüyü olan müvəqqəti yoxlama məntəqəsi, piyadalar üçün nəzərdə tutulmuş iki tərəfli yol, anbar, kinoloq və digər yardımçı otaqlar daxildir. Layihə 2007-ci ilin noyabr ayında başlanılmış, 2009-cu ilin dekabr ayında istismara verilmişdir.
Əlaqə məlumatları