2018-ci ildən “AS Group İnvestment” MMC-nin 5 istehsal xətti:  dəmir-beton məmulatları zavodu (Yevlax DBMZ), xırdaqəlibli beton məmulatları zavodu (Poyatos zavodu), beton istehsalı zavodu (AS Beton), Quba karyeri və armokarkas istehsalı sexi birləşərək fəaliyyətini «AS İstehsal» MMC kimi davam etdirir. 

«AS İstehsal» MMC-nin istehsal xətləri aşağıdakılardır: 

Yevlax DBMZ.
Dəmir-beton məmulatları zavodunda müxtəlif ölçülərdə su və kanalizasiya elementləri, beton hasarlar, yol sədləri, monolit beton plitələr və s. kimi məmulatlar istehsal edilir.

Poyatos zavodu.
Poyatos xırdaqəlibli beton məmulatları zavodunda vibropress texnoloqiyası ilə müxtəlif ölçülərdə döşəmə daşları, səki daşları və beton blokları istehsal edilir.

"AS BETON"
«AS İstehsal» MMC -nin tərkibinə Türkiyə və İtaliyanın birgə istehsalı olan bir neçə zavod daxildir. Bakı şəhərində 2 və Yevlax rayonunda yerləşən 1 beton zavod ümumilikdə saatda 345 m3 beton istehsalına malikdir.

ARMOKARKAS
   “AS İstehsal” MMC-nin balansında həmçinin armokarkas sexi mövcuddur. İtaliya istehsalı olan G.A.M. modelli dairəvi en kəsikli sütün svaylar və beton borular üçün armokarkas istehsal edən avadanlıq müxtəlif ölçülü armokarkasların istehsalına imkan verir.
 
QUBA KARYERİ
“AS İstehsal” MMC-nin tərkibində fəaliyyət göstərən Quba karyeri 5-15, 15-25 diametrli qırma daş, 06-08 diametrli qum istehsal edir. Karyerin istehsal gücü ay ərzində 15 min kubdur. Karyerin balansına 5 ədəd yükdaşıyıcı maşın, 2 ədəd eskalator, 1 ədəd avtoyükləyici daxildir.