Azərbaycanın Qazax rayonu ərazisində inşa olunmuş “Sınıq körpü” sərhəd gömrük keçid məntəqəsi də “AS İnşaat” şirkəti tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sifarişi olan layihə 2007-ci ilin noyabr ayında başlanılmış, 2009-cu ilin noyabr ayında təhvil verilmişdir.