2016-cı ildə tikintisinə başlanılmış “AS Agro Co.” MMC istixana kompleksinin ərazisi 12 hektar təşkil edir. Bu ərazinin 5 hektarlıq hissəsi əkin sahəsi kimi istifadə olunur. İstixana kompleksi və ona xidmət edən sahələrin yaradılmasında əsas məqsəd ölkəmizdə qeyri-neft sektorunun inkişafına dəstək olmaq və daimi iş yerlərini açmaqdır.
Kompleks daxilində müasir texnologiyaların tətbiqi ilə istehsal, logistika saxlama, çeşidləmə, qablaşdırma, markalama kimi bölmələr mövcuddur. Hal-hazırda daha çox xarici, həm də daxili bazara satış üçün çəhrayı, bandita salxım pomidor növləri istehsal olunur. Kompleks Hollandiya, Türkiyə, İsrail və İtaliya istehsalı olan material və avadanlıqlarla təchiz edilmişdir.
Ətraflı məlumatı www.asagro.az veb saytından ala bilərsiniz.