Özünün ölkə, cəmiyyət , vətəndaşlar qarşısında Korporativ Sosial Məsuliyyət siyasətinə sadiq qalan "AS Group İnvestment" MMC fəaliyyət göstərdiyi illər ərzində daim müxtəlif sosial layihələrə dəstək olub. 
   

Şirkət Korporativ Sosial Məsuliyyət siyasəti üzrə aşağıdakı istiqamətləri əhatələndirir:
 
  • Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan şəhid və qazilərimizin ailələrinə dəstək olmaq;
  • Ölkənin yaşadığı sərt karantin rejimi dövründə bütün Azərbaycan ərazisi üzrə əhaliyə maddi dəstəyin göstərilməsi;
  • Ölkənin müxtəlif uşaq evləri və internat məktəblərinə dəstək layihələri;
  • “Birgə və Sağlam” Autizmli Uşaqların İctimai Birliyinə təşkilati və maliyyə dəstəyinin göstərilməsi;
  • “ASAN Könüllüləri” İctima Təşkilatının “ASAN Məktub” layhəsinə sponsorluq dəstəyi;
  • Tədris müəssisələrilə birgə  yeniyetmələr arasında müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi;
  • Ətraf mühitin qorunması və tikinti sahələrində park və yaşıllıq zonalarının yaradılması;
  • Azərbaycan Respublikası Milli Kamandan oxatma Federasiyasına təşkilati və maliyyə yardımının göstərilməsi;
  • Azərbaycan və Gürcüstanda məşğulluğun təmin olunması istiqamətində işlər.