Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin tikintisi üzrə “AS İnşaat” şirkətinə məxsusdur. Sifarişçisi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi olan layihənin icrasına 2007-ci ilin yanvar ayında başlanılmışdır. Layihə çərçivəsində ümumi sahəsi 19 min kvadrat metr olan inzibati bina, 2200 kvadrat metrlik əsas zal, 735 kvadrat metrlik güləş zalı, üzgüçülük hovuzu, 2 trenajor zalı, açıq futbol zalı, voleybol meydançası, tennis kortu, 2700 kvadrat metrlik kamandan oxatma meydançası inşa edilmişdir. Layihə üzrə işlər 2009-cu ilin oktyabr ayında tamamlanmışdır.
Əlaqə məlumatları
www.asgroup.az
office@asgroup.az
(+994 12) 511 13 08