"Club House" "AS Group İnvestment" MMC-nin xüsusi özəlliklərinə görə seçilən layihələrindən biridir. Bu yaşayış kompleksi lüx seqmentinə aiddir. Binanın fasadı Neoklassik üslubda olub özündə klassik ecazkarlığı və müasir texnoloji yenilikləri cəmləşdirir. Binanın son 3 mərtəbəsində yerləşən mənzillərdən şəhərə açılan təkrarsız görünüşlə yanaşı, özəl terras və binanın fasadından kənara çıxan hovuz onlara xüsusi özəllik qatır.
- Layihənin ümimi sahəsi: 1 ha
- Blok sayı: 3
- Mərtəbə: 13
- Yeraltı mərtəbələr: - 2
- Eynitipli mərtəbələr: 2-9
- Mənzil sayı: 59
- Mənzillərin ümumi sahəsi: 17247,37m2
- Mənzil sahələri: 243 m2 – 647 m2
- Mənzillərin hündürlüyü: 4,20 m
- Fasadın memarlıq üslubu: Neoklassik