"AS Group" yeni tədris ilinin başlanmasına həsr olunan xeyriyyə yarmarkasında sponsor olaraq iştirak edib.
indo.az tərəfindən 05.09.2026-cı il tarixində təşkil olunan xeyriyyə yarmarkası uşaqlara dəstək olmaq və onları yeni tədris ilinə hazırlamaq məqsədi daşıyıb. Tədbir çərçivəsində iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil olunub, xoş və səmimi mühit yaradılıb.
Bu təşəbbüs "AS Group"un sosial məsuliyyətə və cəmiyyətə faydalı olan layihələrə verdiyi önəmi əks etdirir. Şirkətlər qrupu uşaqların gələcəyinə töhfə verən sosial layihələrə dəstəyini davam etdirir.
