"AS Group İnvestment" şirkəti və onun “Renessans Palace” layihəsi COVİD 19 –la mübarizə səbəbindən ölkədə tətbiq olunan sərt karantin rejimi dövründə ASAN Könüllüləri Təşkilatının “ASAN məktub” layihəsinə yenidən qoşularaq Ağcəbədi rayonunda yaşayan uşaqların arzusunu reallaşdıraraq onları sevindirə bilib.
"AS Group İnvestment" əməkdaşları və ASAN Könüllülər rayonun kəndlərindən olan və www.asanmektub.az saytına məktub ünvanlamış 54 uşağın arzusunu yerinə yetirib. Uşaqlar üçün məktubda qeyd etdikləri istəklərinə görə alınan hədiyyələr (müxtəlif geyimlər, məktəb ləvazimatları, oyuncaqlar) onlara 4 avqust tarixində Ağcəbədi rayonundakı “ASAN Həyat” komleksində "AS Group İnvestment" şirkəti və ASAN Könüllüləri tərəfindən təqdim olunub.
"AS Group İnvestment" şirkəti artıq ikinci dəfədir ki, qoşulduğu “ASAN məktub” layihəsi vasitəsi ilə Respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qayğıya ehtiyacı olan uşaqların arzularını həyata keçirir.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən "AS Group İnvestment" fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 200 ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa “AS Group” Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
"AS Group İnvestment" şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.