"AS Group İnvestment" şirkəti Qurban bayramında ailələrə dəstək oldu

01.08.2020
Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətinə qoruyan "AS Group İnvestment" şirkəti müqəddəs Qurban bayramında da ənənələrinə sadiq qalır. Şirkət COVİD 19-la mübarizə tədbirləri çərçivəsində respublika ərazisində tətbiq olunan sərt karantin rejimi dövründə də özünün korporativ sosial məsuliyyət siyasətini əsas tutaraq müqəddəs Qurban bayramını Goranboy, Göyçay və Biləsuvar rayonlarında yerləşən internat məktəblərinin ən çox ehtiyacı olan ailələrinə, eləcə də Bakıda 40-a yaxın ailəyə bayram sovqatı çatdırmaqla qeyd edib. Ailələrə bayram sovqatının verilməsi karantin dövrünün qaydalarına əməl edilmək yerinə yetirilib.  

2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən "AS Group İnvestment" fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 200 ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa "AS Group İnvestment" Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.    

"AS Group İnvestment" şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.