Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan "AS Group İnvestment" şirkəti pandemiya dövründə növbəti dəfə ehtiyaclı ailələrə dəstək aksiyasına başladı. Şirkət Bakı və onun ətraf kəndləri, eləcə də Yevlax, Balakən, Göygöl, Lənkəran, Ağcəbədi rayonları üzrə 500 ailəyə ərzaq yardımına başlayıb. Məqsəd COVİD 19-la mübarizə səbəbindən ölkədə tətbiq olunan karantin rejimində məcburən işsiz qalan vətəndaşlara yardım etməkdir. "AS Group İnvestment" şirkəti bu dəfə ehtiyaclı ailələri əsasən sosial şəbəkələrdən köməklik üçün müraciət edən vətəndaşlardan seçib.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən "AS Group İnvestment" fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 500-ə yaxın ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa "AS Group İnvestment" Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
"AS Group İnvestment" şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.