Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan "AS Group İnvestment" şirkəti hərbi rejim dövründə da ənənələrinə sadiqdir. Şirkət dövlətimizin torpaqlarımızın azadlığı uğrunda apardığı Vətən Müharibəsi dövründə özünün sosial məsuliyyətini əsas tutaraq Füzuli rayonunda düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən insanlara dəstək olub. Evlərindən məcburən köçürülən vətəndaşlarımıza "AS Group İnvestment" 235 ədəd ərzaqla dolu yardım qutuları ilə köməklik göstərib. Şirkət həmçinin ordumuza özünün balansında olan texnikası ilə də dəstək olub.
Bundan başqa "AS Group İnvestment" şirkəti könüllü olaraq cəbhəyə yollanan özünün 20-yə yaxın əməkdaşının ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 500-ə yaxın ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa "AS Group İnvestment" Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
Hər şey vətən üçün!