Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVİD-19) infeksiyası artıq bütün dünyanı əhatə etməyə başlayıb. Qloballaşan problemin insan həyatına, yerli və dünya iqtisadiyyatına güclü təsirləri bütün dünya ölkələrini onunla birgə mübarizəyə çağırır. Məhz mövcud gərgin vəziyyətdə "AS Group İnvestment" şirkəti ölkəmiz və vətəndaşlarımız qarşısında özünün sosial məsuliyyətinə sadiq qaldığını nümayiş etdirir. Belə ki, şirkət Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində vəsait ayırır.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən "AS Group İnvestment" şirkəti regionun aparıcı developerlərindən biridir. Fəaliyyət göstərdiyi illər ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
"AS Group İnvestment" şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq oradan ala bilərsiniz.