Noyabrın 9-da “AS Group Investment” şirkəti “Renessans Palace” Yaşayış Kompleksində Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir təşkil etdi. Tədbirə rəsmi qonaqlar, şəhid ailələri və kompleksin sakinləri qatılmışdılar. Tədbirin əsas qonaqlarından biri də Cümhüriyyətimizin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə idi. O, tədbirdə çıxış edərək Qarabağ savaşında qazandığımız qələbədən və dövlət bayrağımızın, müstəqilliyimizin keçdiyi tarixi yoldan danışaraq xalqımızı bayram münasibətilə təbrik etdi.
Tədbirdə həmçinin “AS Group” şirkətinin mənzil hədiyyə etdiyi şəhid ailələri – şəhid Niyazi İsgəndərovun xanımı Könül İsgəndərova və şəhid Mehman Qənbərovun xanımı Xuraman Qənbərova çıxış edərək qonaqlarla ürək sözlərini bölüşdülər.
Tədbirin bədii hissəsinə respublikanın əməkdar artisti Şəhriyar İmanov və Dövlət Rəqs Ansamblının üzvləri çıxışları ilə xüsusi rəng qatdılar. Tədbirin sonunda şəhid Mehman Qənbərovun oğlu Nurlan Qənbərov əməkdar artist Şəhriyar İmanovla birlikdə bütün şəhidlərimizin ruhuna ithaf olaraq tarda Qarabağ şikəstəsini ifa etdilər. Tədbir xalqın birlik rəmzi sayılan “Cəngi” rəqsi ilə tamamlandı.
2003-cü ildə fəaliyyətə başlayan “AS Group İnvestment” hazırda biznes faəliyyətini daha da genişləndirərək tikinti, daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat və daşımaçılıq, HoReCa istiqamətləri üzrə çalışır. “AS Group Investment” həmçinin, beynəlxalq layihələrə imza ataraq ölkəmizə investisiyanın cəlb olunmasında da mühüm işlər görür. “AS Group Investment” şirkəti haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.