“AS Group Investment” Novruz bayramında kimsəsiz uşaqlarladır

21.03.2022
 Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan “AS Group Invsetment” şirkəti Novruz bayramında da ənənələrinə sadiqdir. Şirkət əməkdaşları bu dəfə bayram günlərində, martın 20 və 21-də Biləsuvardakı K.Ağayev adına texniki fənnlər təmayüllü internat tipli məktəb-liseyin şagird və ailələrinə, eləcə də Lənkəran şəhərində yerləşən qarışıq tipli uşaq evi və Bakıda yerləşən “Azərbaycan Uşaqlar Birliyinin Uşaq sığınacağı”ndakı kimsəsiz uşaqlara bayram sovqatlarını çatdıraraq Novruzu onlarla birlikdə qeyd ediblər.  

2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group Investment” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub. Bunların içərisində şirkətin həm pandemiya dövründə yüzlərlə ehtiyaclı ailəyə göstərdiyi yardımları, daim kimsəsiz uşaqlara verdiyi dəstəyi, autizmli və talassemiyalı uşaqlar üçün müxtəlif sosial layhələrdə iştirakını xüsusilə qeyd etmək olar.  

“AS Group İnvestment” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.asgroup.az saytına daxil ola bilərsiniz.