Şirkətin tikinti materialları istehsalı və inşaat sektorunda aparıcı yer tutmasının əsas səbəblərindən biri də keyfiyyətə verdiyi önəmdir. Keyfiyyətə nəzarət isə qrupun  tərkibində fəaliyyət göstərən mərkəzi laboratoriyada yerinə yetirilir. Laboratoriyada məhsulun keyfiyyəti üzrə həyata keçirilən sınaqlar aşağıdakı mərhələlərdən keçir:
 
Material üzrə ilkin nəzarət
Laboratoriyaya daxil olan materialların bütün ilkin xüsusiyyətləri təyin olunaraq, fərqli mühitlərdə davranış təhlil edilir.

Prosesə nəzarət
Bu mərhələdə materialin tərkibində olan üzvü və qeyri-üzvü maddələrin fərqli şəraitlərdə dəyişilmə ehtimalına nəzərət olunur.

Daşınma zamanı nəzarət
Hər bir yükün əvvəlcədən müəyyən olunmuş xüsusi daşınma qaydaları mövcuddur. Bu mərhələdə materialların daşınması prosesinə nəzarət olunur.

İnşa prosesinə nəzarət
Tikitintidə materialın istifadə olunması zamanı ona əlavə olunan suyun miqdarı və vibrasiya dərəcəsinə nəzarətin həyata keçirilməsi.

Mərkəzi laboratoriyada aşağıdakı məhsulların sınaqları həyata keçirilir:
• Beton qarışıqları;
• Ağır və xırda dənəli betonlar;
• İnşaat məhlulları;
• Portland sement və posalı portland sement;
• Sulfatadavamlı portland sement;
• Təbii sıx dağ süxurlarından olan qırmadaş və çınqıl;
• Tikinti təyinatlı qum;
• Beton üçün əlavələr.

Mərkəzi laboratoriyada həyata keçirilən sınaq növləri:
Beton və beton qarışıqları üçün:
  • Axıcılıq və sərtlik dərəcəsinin müəyyən edilməsi;
  • Sıxlığın və məsaməliliyinin müəyyən edilməsi;
  • Qatlaşmanın və möhkəmliliyin müəyyən edilməsi;
  • Sukeçiricilik və şaxtaya davamlılığının müəyyən edilməsi;
  • Aşınma müqavimətinin müəyyənləşdirilməsi.
Çınqıl və qum üzrə sınaqlar:
  • Qranulların tərkibinin müəyyən edilməsi;
  • Hissəciklərinin müəyyən edilməsi;
  • Toz və gil hissəciklərinin müəyyən edilməsi;
  • Laylı və iynə formalı dənəciklərin müəyyən edilməsi;
  • Çatlama ehtimalının müəyyən edilməsi;
  • Zəif süxurların və üzvü qarışıqların müəyyən edilməsi;
  • Toplu və doğru sıxlığın təyin olunması;
  • Nəmlik və su keçirmə dərəcəsinin müəyyən edilməsi.
Sement üzrə sınaqlar:
  • İncəliyin müəyyən edilməsi;
  • Normal sıxlığın müəyyən edilməsi;
  • Quruma vaxtının müəyyən edilməsi;
  • Həcm dəyişikliyinin müəyyən edilməsi;
  • Davamlılığın SNİPS-2 metodu ilə müəyyən edilməsi;
  • Davamlılığın kimyəvi üsulla müəyyən edilməsi.
Kimyəvi əlavələr üzrə sınaqlar:
  • Betona kimyəvi əlavənin səmərəliliyinin müəyyən edilməsi.