2016-cı ildə tikintisinə başlanılmış “AS Agro Co.” MMC istixana kompleksinin ərazisi 12 hektar təşkil edir. Hövsanda yerləşən istixana kompleksi və ona xidmət edən sahələrin yaradılmasında əsas məqsəd ölkəmizdə qeyri-neft sektorunun inkişafına dəstək olmaq və daimi iş yerlərini açmaqdır. 

Kompleks daxilində müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika saxlama, çeşidləmə, qablaşdırma, markalama kimi bölmələr mövcuddur. İstixana sahəsi 12 hektar təşkil edən “AS Agro Co.” MMC kompleksində hal-hazırda daxili və xarici bazarlara satış üçün çəhrayı, bandita salxım pomidor növləri istehsal olunur. Kompleks Hollandiya, Türkiyə, İsrail və İtaliya istehsalı olan material və avadanlıqlarla təchiz edilib.