30.06.2006-cı ildə təsis edilmiş, "AS Group İnvestment" MMC-nin tərkibinə daxil olan  “AS Tikinti” MMC-nin əsas fəaliyyət növü tikinti sahəsidir. Fəaliyyət göstərdiyi müddətdən bir çox obyektlərin tikintisini həyata keçirib. Bunlardan Sumqayıt aluminium zavodu, Hövsan İdman kompleksi, Xaçmaz-Qazax-Balakən SGKM (Sərhəd gömrük keçid məntəqəsi)-ləri, Yevlax-Qəbələ rayonlarında məcburi köçkünlər üçün yaşayış binalarının adlarını çəkmək olar. “AS Tikinti” MMC həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının, Gəncədə Aluminium zavodunun, Qəbələ su təchizatı və kanalizasiya sistemlərinin tikintisində iştirak etmişdir. Hazırda şirkət MİDA təşkilatının sifarişi ilə Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial evlərin tikintisi layihəsini yerinə yetirir.