Senior Strategy Consultant
Elan qüvvədədir: 31.10.2025
3 il
Razılaşma yolu ilə
AS Group Strategiya və Transformasiya Ofisinə təcrübəli Senior Strategy Consultant axtarırıq. Bu rol holdinqin biznes və insan kapitalı transformasiyasında, uzunmüddətli inkişaf strategiyasının qurulmasında və həyata keçirilməsində mühüm rol oynayacaq.


Vəzifə Öhdəlikləri

  • Strateji inkişaf planlarının hazırlanması və icrasında iştirak
  • Maliyyə modelləşdirmə, büdcə və investisiya təhlillərinin aparılması
  • Transformasiya proqramlarının və strateji layihələrin idarə olunması
  • KPI-ların müəyyənləşdirilməsi və monitorinqi
  • CEO, CFO və digər rəhbər şəxslər üçün strateji hesabat və təqdimatların hazırlanması
  • Bazar və sektor trendlərinin təhlili, rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi
  • Strateji sessiya və workshopların təşkili

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Olunması; MBA üstünlükdür)
  • 7–10 il iş təcrübəsi (strateji planlaşdırma, transformasiya, maliyyə təhlili və konsaltinq sahəsində)
  • PMP sertifikatı (arzuolunandır), digər beynəlxalq sertifikatlar üstünlükdür
  • Change management və stakeholder management bacarıqları
  • Analitik düşüncə, maliyyə modelləri və BI alətlərində (Power BI, Tableau) təcrübə
  • Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dilləri biliyi

Biz təklif edirik

  • Böyük transformasiya layihələrində iştirak
  • Multikultural və peşəkar iş mühiti
  • Karyera və inkişaf imkanları
  • Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya paketi

 Əgər siz strateji düşüncə tərzinə malik, transformasiya və inkişaf layihələrində təcrübəli mütəxəssissinizsə – AS Group komandasında sizə yer var!
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.