İŞ QRAFİKİ: 5 iş günü (şənbə-bazar istirahət), 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi);
İŞ YERİ: Bakı şəhəri, Yasamal rayonu.
HESABAT VERİR: Maliyyə və Mühasibatlıq Direktoruna.
Ali ixtisas təhsili (maliyyə, audit, mühasibat uçotu, bank işi);
Ən azı 3 illik mühasib-operator vəzifəsində iş təcrübəsi olmalıdır (ictimai iaşə sektorunda operator-muhasib kimi təcrübəsi olanlara üstünlük veriləcək);
İT biliklər: MC office (Word, Excel), 1C (Logix) mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilini (şifahi və yazılı) mükəmməl bilməli;
Mühasibat uçotunu və maliyyə standartlarını mükəmməl bilməli;
İlkin sənədləşmə, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməli;
Lazım gəldikdə gündəlik hesabatlar təqdim edəcək;
Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı.
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi;
Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.