Vəzifə öhdəlikləri: • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək; • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək; • Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək; • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək; • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək; • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək; • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək; • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.
Vəzifə üzrə tələblər: • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil; • İnşaat sahəsində olmaqla, ən azı 2 illik iş təcrübəsi; • Qısa müddətli ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq; • Sahə üzrə qanunvericiliyin bütün tələblərini (xüsusilə vergi sistemini) bilmək; • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək; • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları; • Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.