Hesabatlılıq və Büdcələşmə Şöbəsinin Müdiri
Elan qüvvədədir: 01.09.2022
5 il
Razılaşma yolu ilə
  • Şirkətin təsdiq edilmiş normativ sənədlərinə uyğun olaraq hesabatlılığın büdcələşməsinin  həyata keçirilməsi;
  • Büdcə inkişafı üzrə strateji, illik və aylıq  planın hazırlanmasında iştirak etmək və müəyyən edilmiş bəndlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
  • Aylıq maliyyə hesabatının hazırlanması və büdcələşməsinin aparılması;
  • Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil edilməsi və əlaqələndirilməsi;
  • Növbəti il üçün əməliyyat və yardımçı büdcələrin rüblük və aylıq əsasda hazırlanması;
  • Dövrlər üzrə büdcənin icrası üzrə hesabatların hazırlanması, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərinin təhlil edilməsi;
  • Büdcə icraatı və şirkət xərclərinə nəzarət edilməsi və xərclərin maliyyə təhlilinin aparılması;
  • Törəmə şirkətlər üzrə aylıq maliyyə hesabatlarının nəzərdən keçirilməsi və yekun sənədin hazırlanması;
  • Bütün maliyyə hesabatlarının toplanması, aylıq və illik cəm hesabatların hazırlanmasının təmin edilməsi;
  • Sahələr üzrə maya dəyərinin düzgün hesablanmasına və xərclərin düzgün işlənməsinə nəzarət edilməsi;
  • Aylıq mənfəət – zərər və pul vəsaitlərinin hərəkəti barədə aylıq planların hazırlanması və icrasının təmin edilməsi.
  • Ali təhsil (bakalavr və magistr): iqtisadiyyat, maliyyə-mühasibat, audit üzrə;
  • Müvafiq sahədə ən azı 5 illik iş stajı (onlardan 2 ilini rəhbər vəzifədə);
  • Beynəlxalq maliyyə hesabatları standartlarına dair praktiki biliklər (F3, F5, F7);
  • Azərbaycan dilini əla bilməli, İngilis dilini yaxşı, Rus dili orta səviyyədə;
  • Mükəmməl analitik və düşünmə bacarıqları;
  • MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
  • ERP, 1C (7.7, 8.2 və 8.3. versiyalarında mühasibatlıq uçotunu) sistemi üzrə praktiki biliklər. 
 
 
NAMİZƏD BİLMƏLİDİR:
 
  • Əmr, sərəncam və digər rəhbəredici sənədləri;
  • Əməliyyatların rəsmiləşdirilməsi qaydalarını və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi–təhlil metodlarını;
  • Sahələr üzrə maya dəyərinin düzgün hesablanması qaydalarını;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını; 
  • Pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin inventarizasiyasının keçirilmə qaydalarını; 
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, Vergi Məcəlləsini və Mülki Məcəlləni;
 

BİZ TƏKLİF EDİRİK:
  •  
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar fasiləsi: 13:00 – 14:00 (şirkət tərəfindən təmin edilir);
  • İş yeri: Yasamal rayonu;
  • Gənc və peşəkar işçi heyəti.
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.