Hesabatlılıq və Büdcələşdirmə üzrə Rəhbər
Elan qüvvədədir: 31.10.2025
3 il
Razılaşma yolu ilə
AS Group Maliyyə Komandasına təcrübəli Hesabatlılıq və Büdcələşdirmə üzrə Rəhbər axtarırıq. Bu rol holdinqin maliyyə idarəetməsində, büdcə proseslərinin təkmilləşdirilməsində və beynəlxalq standartlara uyğun hesabatlılığın təmin olunmasında mühüm rol oynayacaq.
Vəzifə Öhdəlikləri
·       Aylıq, rüblük və illik IFRS hesabatlarının hazırlanması və auditi üçün lazım olan sənədlərin təqdim edilməsi;
·       Hesabatlıq komandasının auditorlarla effektiv əməkdaşlığının təmin olunması;
·       İllik büdcənin dəqiq hazırlanması üçün bütün bölmələrdən məlumatların toplanmasına rəhbərlik;
·       Mənfəət və Zərər, Balans, Pul Axını, CAPEX və Likvidlik üzrə aylıq əsas hesabatların hazırlanması;
·       Büdcə nəzarəti faylları və xərclərin bölgüsü üzrə hesabatların hazırlanması;
·       Mənfəət və Zərər, Pul Axını üzrə proqnozların işlənməsi;
·       Uzunmüddətli biznes planların hazırlanması və yenilənməsi;
·       CFO üçün kommersiya bölmələrinin təqdim etdiyi biznes-case-lərin təhlili;
·       Yeni mühasibat və audit standartlarının tətbiqinə nəzarət.

Tələblər
·       Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya MBA);
·       3–5 il iş təcrübəsi (büdcələşdirmə, hesabatlılıq, maliyyə nəzarəti sahəsində);
·       Xarici audit təcrübəsi arzuolunandır;
·       ACCA sertifikatı üstünlükdür;
·       Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək bilik;
·       Güclü analitik düşüncə və detallara diqqət;
·       Ünsiyyət, analitik və qərarvermə bacarıqları.

Biz təklif edirik
·       Peşəkar komanda ilə əməkdaşlıq mühiti;
·       Böyük transformasiya layihələrində iştirak imkanı;
·       Karyera və inkişaf imkanları;
·       Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya paketi;
·       İş yeri: Bakı şəhəri, Z. Xəlilov küçəsi 576, Renessans Palace kompleksi;
·       İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00.
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.