Korporativ kommunikasiya strategiyasına uyğun fəaliyyətlərin planlanması və həyata keçirilməsi
Müxtəlif şöbələr və rəhbərlik arasında effektiv məlumat axınının təşkili
İnformasiya bülletenləri, daxili elanlar, intranet kontenti və tədbirlər üçün mətn və vizual materialların hazırlanması
Əməkdaşların məlumatlılığını və bağlılığını artıracaq daxili təşəbbüslərin hazırlanması və icrası
Şirkət daxilində motivasiya və maarifləndirmə yönümlü tədbirlərin təşkili (townhall görüşlər, motivasiya günləri, yeni əməkdaşların adaptasiya proqramları və s.)
Daxili kommunikasiya fəaliyyətləri üzrə rəhbərliyə hesabatların hazırlanması və təqdim olunması
Əməkdaşların rəy və təkliflərinin toplanması, təhlili və rəhbərliyə çatdırılması
Müntəzəm daxili sorğuların keçirilməsi və nəticələrin analiz olunaraq aidiyyəti üzrə təqdim edilməsi
Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Biznes İdarəçiliyi və ya digər müvafiq sahələr üzrə)
Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
Güclü yazılı və şifahi ünsiyyət bacarığı
Yaradıcılıq və kontent istehsalı sahəsində bacarıq
Komanda ilə əməkdaşlıq və fərqli funksional bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı
MS Office proqramlarını yüksək səviyyədə bilmək; intranet, newsletter və digər daxili kommunikasiya platformaları ilə tanışlıq
Azərbaycan dili – sərbəst; İngilis və/ya Rus dili bilikləri üstünlük sayılır
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.