Anbardar
Elan qüvvədədir: 29.10.2021
3 il
Razılaşma yolu ilə
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlılığını, düzgün saxlanma rejimini, sənədləşdirmə, mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsini təmin etmək və nəzarət etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması proseslərinin qaydalara uyğun icra edilməsinə nəzarət etmək; 
  • Anbarda malların düzgün ardıcıllıqla və səmərəli yerləşdirilməsini təmin etmək; 
  • Bütün mal dövriyyəsini yalnız təstiqlənmiş sənədlər üzrə aparmaq;
  • Mal və material mühasibatlığının aparılması üçün, avtomatlaşdırılmış sistemdə bütün tələb olunan  məlumatları qeyd etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək, onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Sahəni tələb olunan mal və materiallarla təmin etmək;
  • Anbar işçilərinin işlərinə, iş bölgülərinə, davamiyyətinə nəzarət etmək;
  • Anbarın tabeçiliyində olan tərəzilərin fəaliyyətinə nəzarət etmək;
  • Anbarlar üzrə təstiqlənmiş anbar prosedurlarının tələblərinə riayət edilməsinə nəzarət etmək; 
  • Dövri anbar sayımlarında iştirak etmək.
  • Sahə üzrə 3 illik iş təcrübəsi; 
  • İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
  • Yaxşı səviyyədə ünsiyyətqurma və komanda tərkibində işləmək bacarığı;
  • Detallara qarşı diqqətlilik, məsuliyyətlilik, operativ qərarvermə qabiliyyətl;
  • 1C 8.3 proqramının Anbar modulunda işləmək bacarığı.

İş şəraiti:

  •  6 günlük iş rejimi
  • İş yeri Regionlarda yerləşir
  • Yaşayış və qida təminatı şirkət tərəfindən təmin edilir

Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.