Dövlətimizin uğurlu idarəetmə prinsiplərinin nəticəsi olaraq bu gün Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan dünyanın inkişaf edən ölkələri sırasındadır. Düşünürəm ki,  hər bir Azərbaycan vətəndaşı, hər bir yerli şirkət ölkəmizin bu uğurlu inkişaf yoluna öz töhfəsini verməlidir. 

2020-ci il sentyabrın 27-də cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə dövlətimizin Qarabağın azadlığı uğrunda başladığı Vətən Müharibəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnməsi də Azərbaycanın inkişafı üçün yeni bir dövr açmış oldu. Artıq Azərbaycan daha iri və daha inamlı addımlarla yalnız yüksələn xətt üzrə addımlamaq yolundadır.       
Biz də “AS Group Investment” ailəsi olaraq fəaliyyət göstərdiyimiz hər bir istiqamət üzrə ilk olaraq dövlətçilik prinsiplərimizə sədaqətimizi, ölkəmizin işıqlı və firavan gələcəyinə qatqı verə bilmək məqsədlərimizi əsas götürürük.
“AS Group Investment” MMC Azərbaycanda tikinti, daşınmaz əmlak, istehsalat, nəqliyyat və daşımaçılıq, kənd təsərrüfatı sahələrini inkişaf etdirmək və bu sahələrə yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.
Şirkət olaraq istehlakçılarımızın gələcək ehtiyaclarını qarşılamaq üçün insan kapitalına və texnologiyaya etdiyimiz investisiyalar uğurumuzun əsas sirridir. Bu gün ölkəmizdə bacarıqlı və perspektivli kadrlar formalaşıb. Bu amilin özünü ölkə iqtisadiyyatında bir çox sahələrin inkişafını təşviq edən faktor kimi qiymətləndirmək olar.
Ölkədə neft gəlirlərinin digər qeyri-neft sektoru sahələrinin inkişafına verdiyi təkan hiss olunur. Bu həm də daxili istehsalın artması vә bazar hәcminin arzuolunan sәviyyәyә çatması deməkdir. Şirkət olaraq biz ölkə və qloballaşan dünyanın tərkib hissəsi kimi əhatə dairəmizi genişləndirməkdə maraqlıyıq.
Hədəfimiz etibarlı dünya markası olmaqla bərabər, xarici bazarlara çıxış imkanlarımızı genişləndirmək, Avropa, Asiya və Ərəb ölkələrindən Azərbaycana ciddi investisiyalar cəlb etməkdir.
“AS Group Investment” MMC şirkəti olaraq inkişafımız üçün cəlb etdiyimiz potensial kadrlarla birlikdə hədəflərimizə yönəlmiş fəaliyyətimizi uğurla davam etdiririk.