“AS Group” nümayəndə heyətinin Qazaxıstana işgüzar səfəri

20.04.2026
14–16 aprel 2026-cı il tarixlərində “AS Group” Şirkətlər Qrupunun rəhbər və nümayəndə heyəti Qazaxıstana işgüzar səfər həyata keçirib. Səfərin əsas məqsədi strateji tərəfdaş “BI Group” ilə əməkdaşlığın gücləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Səfər çərçivəsində “BI Group” ilə keçirilən görüşlərdə korporativ idarəetmə, tikinti layihələrinin icrası, maliyyə, insan resursları, marketinq və daşınmaz əmlakın idarə olunması sahələrində təcrübə mübadiləsi aparılıb.

İşgüzar səfərin vacib məqamlarından biri də “AS Group” nümayəndə heyətinin “BI Group” və “Lancaster Group” tərəfdaşlığı əsasında yaradılmış “Riviera International School” ilə tanışlığı olub. Görüş zamanı məktəbin konsepsiyası, beynəlxalq təhsil proqramları və müasir təhsil mühiti barədə ətraflı təqdimat keçirilib. Bildirilib ki, təhsil müəssisəsi                      “International Baccalaureate” (IB) proqramı əsasında fəaliyyət göstərir və çoxdilli, beynəlxalq standartlara uyğun təhsil modeli tətbiq olunur. Tərəflər arasında sosial infrastruktur layihələrində innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Bu görüş təhsil və sosial layihələr üzrə mümkün əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. 

Proqram gündəliyində növbəti görüş “AS Group” Şirkətlər Qrupuna daxil olan “AS İnşaat” MMC-nin rəhbər heyətinin “Engineering Services” şirkəti nümayəndələri ilə baş tutub. Görüşdə tərəflər tikinti və mühəndislik sahələrində potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.

Səfər ümumilikdə tərəfdaşlığın möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq perspektivlərinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyıb.