“AS Group Investment” MMC-nin tərkibinə daxil olan "Fresh Logistics" beynəlxalq yük daşımaları şirkəti 2017-ci ildən fəaliyyət göstərir. Şirkətin avtoparkında "MAN", "DAF", "KRONE", "KASSBOHRER", “Schmitz Cargobull” kimi tanınmış şirkətlərin 140-dan çox tent, soyuducu tipli avtomobilləri və qoşquları mövcuddur. Şirkət əsasən meyvə-tərəvəz, dərman preparatları, süd və ət məhsulları, gündəlik istehlak məhsullarının daşınmasını reallaşdırır. Şirkətin avtomobilləri yüklərin daşınmasını Gürcüstan, Rusiya, İran, Türkiyə, Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan, Moldova ölkələri istiqamətində həyata keçirir. 
Hazırda "Fresh Logistics" MMC Hövsan ərazisində "Fresh Logistic Park" layihəsinin inşaat işlərinə başlamağı planlaşdırır. 

Logistika parkı özündə aşağıdakı imkanları birləşdirəcək:
• Tent və soyuducu tipli avtomobillər üçün texniki xidmət ərazisi;
• Avtomobillər üçün ehtiyyat hissələrinin satışı mağazası;
• Yük avtomobilləri üçün elektron tərəzi;
• Sürücülərin qidalanması və istirahəti üçün restoran;
• Ofis əməkdaşları üçün İnzibati bina.