“AS Group İnvestment” şirkəti Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı Kənd” layihəsi çərçivəsində kəndin enerji təminatının dayanıqlığı üçün Həkəri çayı üzərində  hər biri 212 kVt-luq 3 (üç) hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli Su Elektrik Stansiyasını inşa etmişdir.   
          Qurğunun diametri  3,8 m, uzunluğu 10,36 m, quraşdırılma bucağı 22° və nominal su  sərfiyyatı 7,0 m³/s-dir. Stansiyanın qoyuluş gücü 636 kVt-dır, illik istehsal gücü 5.553.200 kVts-dir və kəndin 3.066.678 kVts elektrik enerjisi tələbatının tam təmin etmə gücünə malikdir. Stansiyanın illik ortalama istismar müddəti 8700 saatdır.  
Stansiya üç ədəd 250 kVt və 50 Hz tezlikli ELEK.MOTOR 250 kW 06 355M/L WFF2 tipli generator ilə təchiz edilib. 
Stansiyanın istismarı zamanı turbulent kinetik enerjinin yaranması ilə su hava ilə təmasa girir və nəticədə suya əlavə oksigen daxil olur və bu proses  təbiətə və balıqların reproduksiya inkişafına ciddi töhfə verir.  Əlavə olaraq, su elektrik stansiyası ilə istehsal edilən hər 1 kVts enerji 0.46 kiloqram CO2 emissiyasını azaldır. Stansiya sayəsində, illik orta hesabla 2554 ton CO2 qazının havaya atılmasının qarşısı alınır.
Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir. Əlavə olaraq,  aşağı yüksəkliklərdə və düşük axın sürətlərində kiçik hidroelektrik stansiyalarının qurulması Arximed turbinləri ilə daha əlverişli və asandır. 
Asan montaj və vacib texniki hissələrin istehsal sahəsində hazırlanaraq sahədə istifadəyə hazır vəziyyətə  gətirilməsi iqtisadi baxımdan üstünlük təmin edir.
Balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Turbinlər səs kirliliyi yaratmadan işləyir. Uzaqdan idarəetmə imkanı sayəsində, sistemə təhlükəsiz şəkildə nəzarət edilə bilir və əməliyyat-təmir xərcləri digərlər elektrik stansiyalara nisbətən daha aşağıdır. 
Контактная информация
asgroup.az
office@asgroup.az
Zəngilan rayonunu Ağalı kəndi
(+994 12) 538 29 27/28