Avtoelektrik
Elan qüvvədədir: 28.11.2021
2 il
Razılaşma yolu ilə
  • Yük avtomobillərində və ağır tonajlı texnikalarda elektrik işlərini görmək;
  • Texnikaların dinaması, starter və digər elektrikli hissələrini təmir etmək, yağlamaq;
  • Gündəlik olaraq istismar olunan bütün yük maşınlarını və ağır tonajlı texnikaları müvafiq qaydada yoxlamaq və aşkarlanan nasazlıqlaqı aradan qaldırmaq;
  • Təhkim olunmuş əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
  • Təmir və texniki baxış zamanı aşkar edilən digər nasazlıqlar barədə mexaniki məlumatlandırmaq;
  • İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
  • Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmaq;

  • Təhsil: Orta və ya orta ixtisas təhsili
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
  • Müasir texnika ilə işləmək bacarığı;
  • Yaş həddi: 25 - 50 yaş

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş rejimi
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.